Delta
SMARTFONLAR (AĞILLI TELEFONLAR)

Smartfon - fərdi cib kompüterinin (FCK) funksionallığı ilə tamamlanan mobil telefondur (müasir dövrdə, bir qayda olaraq, sensor ekranlıdır). Həmçinin, kommunikator mobil telefonun funksionallığı ilə tamamlanan fərdi cib kompüteridir.

Mobil telefonların demək olar ki, hər zaman əlavə funksiyalara (kalkulyator, təqvim) malik olmasına baxmayaraq, zaman keçdikcə daha çox ağıllı modellər buraxıldı. Bu cür modellərin artan funksionallığını və hesablama gücünü vurğulamaq üçün "smartfon" termini təqdim edildi. FCK-nin artan populyarlığı dövründə, mobil telefonların funksiyalarını daşıyan cihazlar istehsal olunmağa başladı ki, bu cür cihazlar da kommunikatorlar adlandırıldı.

Hal-hazırda cihazları smartfonlara və kommunikatorlara bölmək aktual hesab edilmir, çünki hər iki termin eyni şeyi– mükəmməl istifadəçi interfeysləri və mobil telefonun təkmilləşdirilmiş radio interfeysləri olan miniatür universal kompüteri ifadə edir, odur ki, "kommunikator" termini praktiki olaraq artıq istifadə edilmir.

Satıcılar